Hollivud ulduzları boşandı

Hollivud ulduzları boşandı
12:51 9 Dekabr 2015
23 Şou
Ölkə mətbuatı
A- A+

Antonio Banderas və Melani Qriffit boşanmalarını rəsmiləşdirib.

ANS PRESS-in məlumatına görə, bu gün İspan aktyoru Antonio Banderas və ABŞ kino ulduzu Melani Qriffit boşanmaları haqqında məlumat yayıblar. Aktyor boşandığı üçün hər ay 18 yaşlı qızına 55 min dollar təzminat ödəyəcək.

Cütlüklər 1996-cı ildə ailə qurublar. 58 yaşlı Qriffit hələ ötən ildən nigahını pozmaq qərarına gəlib. Lakin onlar maliyyə məsələlərində razılığa gələ bilmirdilər. Aktrisa 55 yaşlı Banderasın öz şəxsi çəkilişləri zamanı aldığı gəlirlərin yarısına da iddia edirdi.


Antonio Banderas, Melani Qriffit və qızları


Ər-arvad arasında münasibətlər hələ 2013-cü ildən gərginləşməyə başlayıb. Hollivud ulduzları heç cür yola getmirdi, buna səbəb isə Qriffitin qısqanc olması göstərilir. İndiyədək Qriffit 4, Banderas isə 2 dəfə evli olub. Məşhurların 18 yaşlı bir qızı var.

İspaniyanın Malaqa sakini Banderas - kino akyorluq sənətinə 1980-ci ildən başlayıb. O, "Zorro maskası" (The Mask of Zorro, 1998), "Vampirlə müsahibə" (Interview with the Vampire, 1994), "Casusların uşaqları" (Spy Kids, 2001) kimi məşhur filmlərdə çəkilib. Aktyor 3 dəfə nüfuzlu "Qızıl qlobus" mükafatına layiq görülüb.

Qriffit isə - "Qurama bədən" (Body Double, 1984), "Vəhşi bir şey" (Something Wild, 1986), "Lolita" (Lolita, 1997), "İşgüzar qız" (Working Girl, 1988) kimi filmlərlə məşhurdur. O, "Oskar" mükafatına layiq görülüb. Son vaxtlar isə aktrisa daha çox seriallara çəkilir.

Antonio Banderas və Qriffit "Həddindən artıq çox" (Two Much, 1995) komediya filmlərinin çəkilişləri zamanı tanış olublar.


Antonio Banderas və Melani Qriffit




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR