Müğənni İbrahim Tatlısəs Bodrumda bir gəmidə mahnı oxuyarkən çəkdiyi videonu İnstaqramda paylaşıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, silahlı hücuma məruz qalıb yaralandıqdan sonra əməliyyat olunan müğənni müalicəsi dövründə musiqidən uzaq düşmüşdü.
Heç bir yerdə mahnı oxuyarkən görüntülənməyən ifaçı bu videodan bir müddət əvvəl albom hazırlıqlarına başladığını xəbər vermişdi.