Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vyetnam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəkləyir

Vyetnam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəkləyir

"Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə işləyirlər" (22 Mart 2017 13:57)
Latviya Prezidentindən Qarabağla bağlı AÇIQLAMA (17 Mart 2017 17:37)
XİN-dən Lavrovun Ermənistan-Türkiyə sərhədlərinin açılması fikrinə MÜNASİBƏT (17 Mart 2017 17:27)

Tarix: 9 Dekabr 2015 12:53


Hanoy, 9 dekabr, AZƏRTAC
Vyetnam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həllini dəstəkləyir.
Bu fikri Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Xoanq Bin Kuan bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Görüşdə iki ölkənin hakim partiyaları arasında əlaqələr, habelə Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi, ticari, investisiya, turizm, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Söhbət zamanı hər iki ölkənin hakim partiyaları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi barədə razılığa gəlinib.
M.Qurbanlı Vyetnam kommunist partiyası nümayəndə heyətini gələn ildə ölkəmizə səfərə dəvət edib.
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə və Yap Gənclər Birliyinin sədri Seymur Orucovun da daxil olduqları YAP nümayəndə heyətinin Vyetnama səfəri dekabrın 12-dək davam edəcək.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy

Teqlər:  Vyetnam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəkləyir



RƏYLƏR


Top xəbərlər