Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dekabrın 13-dən “Azərbaycan Dəmir Yolları” QSC-də yeni hərəkət cədvəli tətbiq olunacaq

Date: 9 December 2015 12:58


Bakı, 9 dekabr, AZƏRTAC
2016-cı il üçün sərnişin qatarlarınnın yeni hərəkət cədvəlinə keçməsi ilə əlaqədar, “Azərbaycan Dəmir Yolları” QSC-də beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarları bu ilin dekabrın 13-dən etibarən yeni təsdiq olunan cədvəl üzrə hərəkət edəcək.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib. Qeyd olunub ki, 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı həftədə bir dəfə IV günlər, 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı qış mövsümündə 2015-ci ilin dekabrın 13-dən 2016-cı ilin aprelin 14-dək və 2016-cı ilin oktyabrın 19-dan dekabrın 8-dək dörd gündən bir Bakı-Mineralnıye Vodı-Rostov-Valuyki-Topoli-Xarkov marşrutu ilə, 449/450 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı yay mövsümündə 2016-cı ilin aprelin 23-dən oktyabrın 15-dək həftədə iki dəfə II və VI günləri, Bakı-Həştərxan-Volqoqrad-Valuyki-Topoli-Xarkov marşrutu ilə, 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarı yay mövsümündə 2016-cı ilin aprelin 24-dən oktyabrın 17-dək dörd gündən bir hərəkət edəcək.
Bundan başqa, texniki səbəblərə görə 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı Bakıdan 2015-ci ilin dekabrın 31-də geriyə, Moskvadan isə 2016-cı ilin yanvarın 2-dən heç bir reys hərəkətdə olmayacaq. 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı 2015-ci ildə axırıncı dəfə dekabr ayının 25-də, 2016-cı ildə isə birinci dəfə yanvarın 9-da Bakıdan yola düşəcək.
Ölkə daxilində hərəkət edən sərnişin qatarları, Bakıdan çıxma və Bakıya çatma vaxtlarında bəzi dəyişiklik edilməklə, öz hərəkət cədvəli üzrə hərəkətdə olacaqlar.
Cədvəl
 

Tags:  Dekabrın 13-dən Azərbaycan Dəmir Yolları QSC-də yeni hərəkət cədvəli tətbiq olunacaq


RƏYLƏR


Top news