Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda avtobus özbaşınalığı: qadın yıxılıb xəstəxanalıq oldu

Bakıda avtobus özbaşınalığı: qadın yıxılıb xəstəxanalıq oldu

Date: 9 December 2015 12:59

Bakıda sərnişin avtobusundan düşən qadın sürücünün nəqliyyat vasitəsini tez hərəkətə gətirməsi səbəbindən xəsarət alıb. Lent.az-ın məlumatına görə, hadisə dekabrın 7-də saat 17 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində baş verib. Bakı şəhər sakini Reyhan Quliyeva 60 saylı xətt avtobusundan düşərkən sürücü qəflətən avtomobili hərəkətə gətirib və qadın yıxılaraq xəsarət alıb. R.Quliyevaya dekabrın 8-də xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Tags:  Bakıda avtobus özbaşınalığı qadın yıxılıb xəstəxanalıq oldu

RƏYLƏR


Top news