Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda oğurluqla məşğul olan 4 qadın tutuldu

Azərbaycanda oğurluqla məşğul olan 4 qadın tutuldu

Sabunçuda oğurluq edən tutuldu (23 Mart 2017 22:47)
Apteki yaran yeniyetmələr tutuldu (19 Mart 2017 22:44)
Bakıda oğurluqla məşğul olan qadın tutuldu (13 Mart 2017 12:24)

Tarix: 9 Dekabr 2015 13:04

Onlardan ikisi bacıdır

Polis əməkdaşları oğurluq etdiyinə görə axtarışda olan qadınları yaxalayıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Şölə Atakişiyevanın evindən 800 manat və qızıl əşyalar oğurlamış Yevlax şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrə Bəkirova və Rahilə Nadirova tutulublar.

 

Bundan başqa Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Aqilə Əliyevanın evindən qızıl və gümüş əşyalar oğurlamış şəhər sakinləri Zarina Kərimova və bacısı Pərvanə Nadirova yaxalanıb.

 

Saxlanılan şəxslər ətrafında araşdırmalar aparılır.

 


Teqlər:  Azərbaycanda oğurluqla məşğul olan qadın tutuldu



RƏYLƏR


Top xəbərlər