İdmançılarımız reytinqdə liderdirlər

İdmançılarımız reytinqdə liderdirlər
13:05 9 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, sərbəst güləşçilərimizdən 13 nəfəri siyahıda yer alıb. Ötən ay Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimizin qazandığı 3 qızıl, 4 gümüş və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.
 
Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat Dünya çempionu adına sahib olan Hacı Əliyev Qızıl Qran-Pri turnirini də qalib tamamlamaqla öz çəki dərəcəsində reytinqdəki mövqeyini gücləndirib. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) Qızıl Qran-Pri turnirində də analoji nəticəni göstərib və reytinqdə ikinciliyini qoruyub. Mövqeyini dəyişməyən daha bir güləşçimiz Olimpiadanın ikiqat bürünc medalçısı, Dünya və üçqat Avropa çempionu Xetaq Qazyumovdur (97 kq). O, reytinqdə 3-cü yerdə qərarlaşıb.
 
Olimpiya çempionlarımız Toğrul ƏsgərovŞərif Şərifov isə müvafiq olaraq bir pillə irəliləyiblər. Qızıl Qran-Pri turnirinin gümüş mükafatını qazanan təmsilçilərimiz 4-cü və 6-cı yerə yüksəliblər.
 
57 kq
15. Mahir Əmiraslanov - Qızıl Qran-Pri 3-cü yer (18)
 
61 kq
1. Hacı Əliyev - Qızıl Qran-Pri 1-ci yer (1)
 
65 kq
4. Toğrul Əsgərov - Qızıl Qran-Pri 2-ci yer (5)
18. Coşqun Əzimov - Əli Əliyev turniri 1-ci yer (nr)
 
70 kq
10. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (8)
 
74 kq
13. Cəbrayıl Həsənov - Qızıl Qran-Pri 1-ci yer (20)
 
86 kq
5. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (5)
13. Aleksandr Qostiyev - Qızıl Qran-Pri 1-ci yer (nr)
16. Nurməhəmməd Hacıyev - Qızıl Qran-Pri 2-ci yer (nr)
 
97 kq
3. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)
6. Şərif Şərifov - Qızıl Qran-Pri 2-ci yer (7)
20. Aslanbek Alborov - Qızıl Qran-Pri 3-cü yer (nr)
 
125 kq
2. Cəmaləddin Məhəmmədov - Qızıl Qran-Pri 2-ci yer (2)
 
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdikləri nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR