"Elektron hökumət" portalında yerləşdirilən elektron xidmətlər sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir faydalı e-xidməti – "CDMA şəbəkəsinə qoşulma" da yer alır.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən il portala inteqrasiya olunan CDMA simsiz rabitə xidmətinə qoşulmanı mümkün edən e-xidmətə indiyədək 1231 dəfə müraciət edilib.
CDMA telefon çəkilişində birdəfəlik haqq 10 manat təşkil edir.
Sözügedən rabitə xidmətinə qoşulan istifadəçiyə 2 tarif paketi təqdim olunur: 450 dəqiqə giriş-çıxış lokal danışıq limitli istifadə paketi – 2 manat 50 qəpik və ya lokal giriş-çıxış danışıqlardan limitsiz istifadə paketi - 10 manat. İstifadəçi iki tarif paketindən istəyinə uyğun olanını seçir.
Qeyd edək ki, "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində CDMA nömrələrinin çəkilişi ödənişsiz sənədləşdirilir.
CAHANGİR