Ayılar iki kəndi mühasirəyə aldılar

Ayılar iki kəndi mühasirəyə aldılar
13:12 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rusiyanın Çukotka bölgəsində ağ ayılar "Bereqinya" Milli Parkını kütləvi şəkildə tərk edərək yaşayış məntəqələrinə üz tutublar.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Nettenq burnundakı Enurminodan bir neçə kilometr aralıda yaşayan kəndlərə 24 ayı daraşıb.
Onlar Enurmino və Nekşan kəndlərini sanki mühasirəyə alıblar. Daha sonra yırtıcılara başqa ağ ayılar da qoşulub.
Hazırda iki kəndin ətrafında 71 ağ ayı var.
Alimlərin dediklərinə görə, bu hadisə Çukotka dənizinin buz bağlaması ilə bağlıdır.
Dəniz buz bağlayandan sonra sahildə balina və morj leşləri olur. Bu leşlər ağ ayıları cəlb edir. Çukotka dənizinin buz bağlama prosesi uzananda ayılar yaşayış məntəqələrinin ətraflarında peyda olurlar.
Nekşan, Enurmino, İnçoun və Uelen kəndlərinin sakinləri çukçalardan ibarətdir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR