Ulu Öndərin ideyaları əbədi yaşayacaq

Ulu Öndərin ideyaları əbədi yaşayacaq
13:13 9 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, İbrahim Əsədov, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin xatirəsinin anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında müstəsna xidmətlərindən danışıb.
Dahi rəhbər Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini qeyd edən rektor Ümummilli Liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin deputatı Fəttah Heydərov müdrik şəxsiyyət Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib, Ulu Öndərin ideyalarının əbədi yaşayacağını vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onderin_ideyalari_ebedi_yasayacaq-909579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR