İmişlidə adı "Qırmızı kitab"a düşmüş quşu ovlayanlar yaxalandılar

İmişlidə adı "Qırmızı kitab"a düşmüş quşu ovlayanlar yaxalandılar
13:17 9 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

"Sultan toyuğu"nu ovlayanlar tutulublar.

İmişli rayonunda qanunsuz ov edən şəxslər tutulublar. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Sarısu gölünün ərazisində qeydə alınıb.  Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli sakinləri Zəkəriyyə Nadir oğlu MirzəyevMurtuz Maşdı oğlu Əliyev şübhəli şəxs qismində saxlanılıblar. Baxış zamanı onlardan ov tüfəngi, patronlar, 6 ədəd ovlanmış quş aşkarlanıb. Quşların içərisində ovu qadağan edilən "Sultan toyuğu" quşu da olub. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR