"DÇ-2016"nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan futzal üzrə Belarus millisinin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Vladimir İqnatik heyətə 14 futzalçı dəvət edib.
Qeyd edək ki, Xorvatiyanın Osiyek şəhərində keçiriləcək "DÇ-2016"nın seçmə mərhələsinin qrup oyunlarında Azərbaycanla Belarus arasındakı görüş dekabrın 11-də baş tutacaq.
Qapıçılar: Andrey Çurilin (MAPİD, Minsk), Andrey Qolovnev ("Lidselmaş", Lida);
Meydan oyunçuları: Aleksandr Olşevski, Sergey Silivonçik, Vadim Luşkovski, Ruslan Lazyuk, Aleksey Popov (hamısı MAPİD, Minsk), Pavel Lihaç, Sergey Podalinski, Dmitri Los, Yuri Aleynikov, Sergey Şostak (hamısı "Viten", Vitebsk), Aleksandr Çernik (k), Yevgeni Çerneyko (hər ikisi "Stoliça", Minsk).
Fanat.az