Amapola Exclusive Events şirkəti bütün körpələri Yeni ilin gəlişini qeyd etmək üçün şənliyə dəvət edir

Amapola Exclusive Events şirkəti bütün körpələri Yeni ilin gəlişini qeyd etmək üçün şənliyə dəvət edir
13:22 9 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Amapola Exclusive Events şirkəti bütün körpələri Yeni - 2016-cı ilin gəlişini qeyd etmək üçün şənliyə dəvət edir.
Sizi 18 dekabr Four Seasons Hotel-də Moskvadan gəlmiş animatorların çıxışında möhtəşəm bayram gözləyir! Balaca dostlarımıza bayram əhval-ruhiyyəsi və bayram sevinci bəxş etmək üçün Disneyin nağıl qəhrəmanları və əlbəttə ki, öz monstrları ilə ilk dəfə şəhərimizə qış tətilinə gələn Qraf Drakula da şənlikdə iştirak edəcəklər.
Yeni il şənliyinin proqramı sürprizlər, The Toy Store-dan olan hədiyyələr və gözəl əhval-ruhiyyə ilə zəngindir. Sizi çoxlu oyunlar, yarışlar, diskoteka gözləyir!
Balaca qurmanları dadlı təamlardan ibarət yeməklər gözləyir.
Proqramın seansları:
3-6 yaş qrupu üçün - 11:00-dan 14:00-a kimi.
6-10 yaş qrupu üçün - 16:00-dan 19:00-a kimi
Körpələr üçün biletin qiyməti: 100 AZN; Böyüklər üçün 60 AZN.
Böyüklər üçün biletlərin sayı məhduddur.
Biletlər şəhərimizin kassalarında satılır.
Əylənmək üçün tək gəlməyin, dostlarınızla gəlin!


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR