Bakı aeroportunda yeni naviqasiya qülləsi açılıb

13:32 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hava hərəkətinin idarə edilməsi qülləsi təyyarələrin hava limanına yanaşması zamanı və Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verəcək: "Radiolokatorla təchiz olunmuş yeni qüllə hazırda Avropada unikal sistem kimi tanınır və hava hərəkətinin idarə edilməsi sahəsində bütün müasir tələblərə cavab verir"
Yeni Hava hərəkətinin idarə edilməsi Qülləsi üçün S rejimini dəstəkləyən ikincili RSM 970 S radiolokatorunun təchizatı "Thales" şirkəti tərəfindən həyata keçirilib.
Hava hərəkətinin idarə edilməsi qülləsinin açılış mərasimində iştirak edən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin birinci vitse-prezidenti Sabir İlyasov bildirib ki, AZAL uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycanın hava məkanında bir çox uğurlu layihələr həyata keçirib: "İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan bu sahədə son elmi nailiyyətləri özündə birləşdirən yeni texnologiyaların tətbiqi üzrə dünya liderlərindən biridir. Bunun nəticəsində ICAO və “Eurocontrol”un son tələblərinə uyğun olaraq uçuşların yüksək təhlükəsizlik səviyyəsi təmin olunur".
S.İlyasov bildirib ki, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşlara və hava limanlarında təxminən 40 min uçuşlara aeronaviqasiya xidməti göstərir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-aeroportunda-yeni-naviqasiya-qullesi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR