Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​KİV: "İran Türkiyəyə təbii qazı əvvəlki həcmdə nəql edir"

​KİV: "İran Türkiyəyə təbii qazı əvvəlki həcmdə nəql edir"

Date: 9 December 2015 13:32

Bakı. 9 dekabr. REPORT.AZ/ Texniki səbəblərə görə, dünən İrandan Türkiyəyə ixrac olunan təbii qazın həcmi azalsa da, bu gün "mavi yanacağın" nəqlində problem yoxdur.
"Report" xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin informasiyasına görə, İranın energetika üzrə rəsmiləri dünən Türkiyəyə təbii qaz ixracının azaldılmasını texniki problemlə əlaqələndiriblər. Xəbərə əsasən, bu gün həm İran daxilinə, həm də Türkiyəyə "mavi yanacaq" əvvəlki həcmdə verilir.
Qeyd edək ki, ötən gün İran Türkiyəyə ixrac etdiyi təbii qazın həcmini kəskin azaldıb. İran rəsmisi Sadiq Əkbərpur Türkiyəyə "mavi yanacağ"ın ixracının azladılmasını qışla əlaqədar ölkədə təbii qazın istehlakının artması"ilə əlaqələndirmişdi. 


Tags:  KİV İran Türkiyəyə təbii qazı əvvəlki həcmdə nəql edir


RƏYLƏR


Top news