Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"AtaBank"ın “Monolit” filialının müştərisi 1000 manat qazandı

"AtaBank"ın “Monolit” filialının müştərisi 1000 manat qazandı

"Kapital Bank" “Xəzri” sistemi üzrə 150-dən artıq müştərini mükafatlandırdı (21 Fevral 2017 12:08)
Kapital Bank "Xəzri" sistemi üzrə 150-dən artıq müştərini mükafatlandırdı (21 Fevral 2017 11:32)
® Kapital Bank “Xəzri” sistemi üzrə 150-dən artıq müştərini mükafatlandırdı (21 Fevral 2017 11:04)

Tarix: 9 Dekabr 2015 13:38

Bakı. Trend:

"AtaBank"ın “Monolit” filialının müştərisi 1000 manat qazanıb.

"AtaBank" ASC-nin 10 mart 2015-ci il tarixindən start verdiyi "KartoManiya" adlı ani stimullaşdırıcı lotereya kampaniyasında 1000 manatlıq maksimal uduşlardan biri “Monolit” filialında qazanılıb.

Kampaniyada iştirak edən Bakı şəhərinin sakini Şəadət Həsənov apardığı nağdsız əməliyyat vasitəsilə 35 lotereya kuponu almış və lotereya kuponlarından biri ona 1000 manat məbləğində uduş gətirmişdir. Bundan başqa Bankın “Gənclik”, “Nizami”, “Şəmkir”, “Lənkəran”, “Yevlax”, “Naftalan”, “Gəncə” və “Xaçmaz” filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponları sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar.

Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda “AtaBank” ASC-nin POS-terminallarının sayı 18 000-dən artıqdır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (http://www.facebook.com/atabank, https://twitter.com/AtaBank_ASC, http://instagram.com/atabank_asc/) və kütləvi informasiya vasitələrində işiqlandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  AtaBankın Monolit filialının müştərisi 1000 manat qazandı



RƏYLƏR


Top xəbərlər