Damlanın klipinə 7 milyon nəfər baxdı – VİDEO

Xəbər verdiyimiz kimi, türk estrada ulduzu Damla "Süper Aşık" adlı yeni mahnısına Türkiyədə klip çəkdirmişdir.

Metbuat.az-ın məlumatına görə, "Youtube"un ən məşhur musiqi kanallarından olan "Netd"də yayımlanan yeni klipin baxış sayı 7 milyonu keçib. Damla qısa müddətdə Emre Özdemir, Candan Erçetin kimi məşhur ifaçıları geridə qoyub. Damlanın klipi digər türk ifaçılarından sonra internet istifadəçilərinin ixtiyarına buraxılsa da, türk həmkarları onu üstələyə bilməyiblər. 

Xatırladaq ki, "Süper Aşık"nin söz və musiqisi Şəhrəzatə, aranjmanı isə Murat Yeterə məxsusdur. Mahnıda Gülşənin də qısa ifası var. Klipin rejissoru Tamer Aydoğdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR