Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Mikayılın verilişi bayağı olsa da.."

"Mikayılın verilişi bayağı olsa da.."

Date: 9 December 2015 13:41

"Hər hansı bir verilişin bayağı olması qanun pozuntusu deyil".

Axşam.az xəbər verir ki, bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma, və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, MTRŞ televiziya kanallarına efirdə yayımlanan bəzi əyləncə xarakterli bayağı proqramlarla bağlı tövsiyələrini verməkdə davam edir:

"Aparıcı Mikayıl Güləddinoğlunun təqdimatında efirə gedən "Məhəbbət əhvalatları" verilişində bayalığın azaldılması istiqamətində tədbirlərin görülməsi üçün əlavə tövsiyələr verilib. Amma bayağılıq yenə də var. Bayağılıq qanun pozuntusu deyil. Ona görə bu barədə konkret qərar qəbul etmək mümkün deyil".

T.Dadaşov bildirib ki, verilişə baxıb-baxmamaq tamaşaçının zövq məsələsidir. Onun sözlərinə görə, bayağı verilişləri və onların aparıcılarını sevən insanların sayı kifayət qədərdir:

""Sevimli şou", eləcə də digər verilişdən xoşlanmayan insanlar da kifayət qədərdir. Ona görə də verilişi izləmək tamaşaçının zövqündən asılı bir məsələdir".

Tags:  Mikayılın verilişi bayağı olsa

RƏYLƏR


Top news