"Real Madrid" - "Malmö" oyununda qol yağışı (VİDEO)

"Real Madrid" - "Malmö" oyununda qol yağışı (VİDEO)
13:41 9 Dekabr 2015
64 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində "Real Madrid" klubu öz meydanında "Malmö"nu qəbul edib.

ANS PRESS-in məlumatına görə, bu oyunda 4 qol vuran Kriştianu Ronaldo rekord da qırıb.

Oyuna gəlincə, matçda hesab artıq oyunun 12-ci dəqiqəsində açılıb. Kərim Benzema adını tabloya yazdırıb. Benzema bir daha 24-cü dəqiqədə özündən söz edib. Bu dəfə fransalı futbolçu Kriştianu Ronaldonun qapı önünə asmasından sonra topu başla tora qovuşdurub.

Oyunda darmadağının əsasını isə, 39-cu dəqiqədə Kriştianu Ronaldo qoyub. Ronaldo bir daha 47-ci, 50-ci və 58-ci dəqiqələrdə fərqlənərək, rekorda imza atıb. Beləki, Ronaldo Çempionlar Liqasının qrup mərhələsində 11 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Oyunda vurulan digər qollara gəlincə: 70-ci dəqiqə Mateo Kovaçiç, 74-cü dəqiqədə isə Kərim Benzema ( İsko assist) fərqləniblər. Beləliklə, "Real Madrid" - "Malmö" matçı meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.


"Real Madrid" - "Malmö" oyunu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR