"Bank of Baku" itkin düşən və həlak olan neftçilərin kredit borclarını ləğv edib

"Bank of Baku" itkin düşən və həlak olan neftçilərin kredit borclarını ləğv edib
13:48 9 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
"Bank of Baku" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən və həlak olan neftçilərin kredit borclarının ləğv edilməsi ilə bağlı qərar verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, qəzada həyatını itirən və itkin düşən 11 neftçi "Bank of Baku"nun daimi müştəriləri olublar. "Bank of Baku" faciə nəticəsində həyatını itirən və itkin düşən neftçilərin ailələrinə dəstək məqsədilə onların bankda olan bütün kredit borclarını ləğv edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBank_of_Baku_quot_itkin_dusen_ve_helak_olan_neftchilerin_kredit_borclarini_legv_edib-909598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR