Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaran Ağsaqqallar Şurasının sədri saxlanıldı

Nardaran Ağsaqqallar Şurasının sədri saxlanıldı

Date: 9 December 2015 13:51

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanılıb.

ANS PRESS-in məlumatına görə, N.Kərimov bu gün Nardaran qəsəbəsində qurulan postda saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə bildirib ki, Natiq Kərimov hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Nardaran hadisələrinə görə dindirilir.


Eldar Sultanov- Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri


Nardaranda noyabr ayının 26-da atışma olub. Hadisə zamanı 2 polis əməkdaşı və 4 yerli sakin dünyasını dəyişib. Dekabr ayının 1-i səhər saatlarında da Nardaranda yenidən xüsusi əməliyyat başlayıb. Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:

Dekabr ayının 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.
Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.







Tags:  Nardaran Ağsaqqallar Şurasının sədri saxlanıldı

RƏYLƏR


Top news