Azərbaycan Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 49-cu plenar iclasının keçirildiyi Strasburq şəhərində ölkənin bu sahədə uğurları barədə hesabat təqdim edəcək.
Azərbaycan hökumətindən Trend-ə verilən məlumata görə, ölkəni iclasda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbir dekabrın 11-dək davam edəcək.
Milli.Az