Küveyt Xəbərlər Agentliyi AZƏRTAC-ın Baş direktoru ilə görüş barədə məlumat yayıb

Küveyt Xəbərlər Agentliyi AZƏRTAC-ın Baş direktoru ilə görüş barədə məlumat yayıb
14:03 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Küveyt Xəbərlər Agentliyinin (KUNA) internet səhifəsində Londonda Dünya Xәbәr Agentliklәri Konqresi Şurası (NACO) çərçivəsində KUNA xəbər agentliyinin Baş direktoru, FANA-nın prezidenti Şeyx Mübarək əd-Dueyc əs-Sabah və AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov arasında keçirilmiş görüş barədə məlumat yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məlumatda görüş zamanı 2016-cı ilin noyabrında Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilati məsələlərinin və gündəliyinin müzakirə edildiyi bildirilir. Şeyx Mübarək əd-Dueyc əs-Sabah Konqresdə iştirakda maraqlı olduğunu vurğulayıb, bu mötəbər tədbirə ev sahibliyi edəcək AZƏRTAC-ın rəhbərliyinə və kollektivinə uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kuveyt_Xeberler_Agentliyi_AZARTAC_in_Bas_direktoru_ile_gorus_barede_melumat_yayib-909601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR