"Liverpul"un aparıcı futbolçusu yenə sıradan çıxdı

"Liverpul"un hücumçusu Daniel Starric növbəti dəfə zədələnib.

Metbuat.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, ingilis futbolçu ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq. Starricin "Nyukasl"la görüşdə ombasından zədə aldığı bildirilir.

Cari mövsümdə İngiltərə Premyer Liqasında 5 matçda meydana çıxan Daniel Starric 2 dəfə fərqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR