Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır

Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır

Date: 9 December 2015 14:05

Pakistan siyasi, iqtisadi, mədəni və müdafiə sahələrində Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

Trend-in Pakistanın "The Nation" nəşrinə istinadən verdiyi məlumata görə, bunu Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşdə deyib.

Görüş zamanı prezident təhlükəsizlik sahəsində iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

M.Hüseyn qeyd edib ki, Pakistan nüfuzlu hərbi təhsil müəssisələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının hazırlığını davam etdirəcək.

Prezident, həmçinin Cəmmu və Kəşmir məsələsində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Milli.Az


Tags:  Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır



RƏYLƏR


Top news