Antiviruslar bank məlumatlarını ələ keçirən virusun qarşısında «aciz» qalıblar

Antiviruslar bank məlumatlarını ələ keçirən virusun qarşısında «aciz» qalıblar
14:06 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən «FireEye» şirkətində çalışan mütəxəssislərin aşkarladığı yeni virus bank kartlarının məlumatlarını ələ keçirir. Bu virus kompüterə yüklənir və fayl sistemindən kənarda saxlanılır, buna görə antivirusların əksəriyyəti sözügedən virusu zərərsizləşdirə bilmir.
 
 
«ICTnews» elektron xəbər xidməti «psm7.com» saytına istinadən yazır ki, əksər istifadəçilərin kompüter viruslarına qarşı mübarizədə səmərəli üsul hesab etdiyi əməliyyat sisteminin yenidən quraşdırılması da problemi həll etmir.
 
 
«FireEye» şirkətinin rəsmisi bildirib ki, virusu yalnız sərt  diski xüsusi vasitələrlə skan etdikdən sonra aşkar etmək olar.
 
 
Bu zərərli fayl «Nemesis» adlandırılıb.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40233-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR