Baş Prokurorluq Fuad Qəhrəmanlıyla bağlı məlumat yaydı

Baş Prokurorluq Fuad Qəhrəmanlıyla bağlı məlumat yaydı
14:13 9 Dekabr 2015
8 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci il noyabrın 26-da silahlı cinayətkar dəstə tərəfindən Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsi, ictimai qaydanın pozulması, terror aktları və ölümlə nəticələnən digər cinayətlər törədilməsi faktları ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Abşeron rayon sakini, hüquqi qeydiyyatdan keçməyən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün dekabrın 8-də telefon vasitəsi ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilmiş, lakin rəsmi çağırış vərəqi tələb etdiyindən, idarənin əməkdaşları tərəfindən həmin tarixdə ona yaşadığı ünvanda rəsmi qaydada çağırış vərəqi təqdim olunmaqla idarəyə dəvət edilmiş və şahid qismində dindirilmişdir.

Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Aparılmış istintaqla F.Qəhrəmanlının “facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanmışdır. Öz çağırışları ilə F.Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur.

F.Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilmişdir.

F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə F.Qəhrəmanlının istintaqa dəvət edilməsi və həyata keçirilən digər prosessual hərəkətlər zamanı guya hüquqlarının pozulması ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. F.Qəhrəmanlı ilə bağlı həyata keçirilən bütün istintaq hərəkətləri özü tərəfindən dəvət edilmiş vəkilin iştirakı ilə aparılmış və bu zaman hər hansı qanun pozuntusu hallarına yol verilməmişdir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Havalar nə vaxtdan sərinləşəcək?

21 İyul 2017 20:52

"Mercedes" 12 yaşlı velosipedçini vurdu - Sabirabadda

21 İyul 2017 20:49

Şamaxı yolu çökdü - VİDEO

21 İyul 2017 20:47

Şahzadə Diananın şəxsi əşyaları sərgilənəcək - FOTO

21 İyul 2017 20:42

Polis və nəqliyyat müfəttişləri reyd keçirib - VİDEO

21 İyul 2017 20:37

Yıldız Tilbe "O Səs Türkiyə"də olacaq?

21 İyul 2017 20:35

"Ağ ev"də GÖZLƏNİLMƏZ İSTEFA

21 İyul 2017 20:33

Azərbaycan Prezidenti Rusiyaya işgüzar səfərə gəlib

21 İyul 2017 20:32

Şon Spayser Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verib

21 İyul 2017 20:32

"Zəlzələ gündüz olsaydı, indi dənizdən cəsəd toplayırdıq" - Qorxunc iddia

21 İyul 2017 20:32

İstanbulda Türkiyə ilə Azərbaycan arasında işgüzar əlaqələr müzakirə olunub

21 İyul 2017 20:27

İnvestorlar qlobal maliyyə bazarları üçün əsas təhlükəni açıqlayıblar

21 İyul 2017 20:27

Venesuelada kütləvi etirazlarda 100 nəfər ölüb

21 İyul 2017 20:27

790 min dollara aldığı evi iki qatından da baha satır - FOTO

21 İyul 2017 20:22

Prezident İlham Əliyev Rusiyaya səfər edib

21 İyul 2017 20:22

Mingəçevirdə QƏZA: Sürücü avtomobili maneələrə çırpdı

21 İyul 2017 20:18

Bakıda dənizdə batan iki nəfər xilas edilib

21 İyul 2017 20:17

Azərbaycan prezidenti Rusiyada səfərdədir

21 İyul 2017 20:14

Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir

21 İyul 2017 20:12

ADU-nun rektoru KİV təmsilçiləri ilə görüşüb

21 İyul 2017 20:12

"Yuve"dən 40 milyonluq transfer

21 İyul 2017 20:12

Bizim Hamletlər

21 İyul 2017 20:05

Rusiyanın “TROYA ATI”, birinci MƏQSƏD ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

21 İyul 2017 20:03

Rusiya yaxın 3 ildə elektromobillərin istehsalda payını 17%-ə çatdıracaq

21 İyul 2017 20:02

Məşhurları bir də makiyajsız görün - FOTO

21 İyul 2017 19:57

"Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır"

21 İyul 2017 19:54

Menyer xəstəliyinə daha çox qadınlar arasında rast gəlinir

21 İyul 2017 19:52

Almaniya da eynicinslilərin nikahını leqallaşdırdı

21 İyul 2017 19:48

Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşu 28% artıb

21 İyul 2017 19:47

3-cü dəfə ana olacaq - FOTO

21 İyul 2017 19:47

Dəniz kənarında hava və su vannası üçün ən yaxşı vaxt

21 İyul 2017 19:42

Yüzdən çox qovaq ağac kəsdilər

21 İyul 2017 19:38

40 kiloqram arıqladıqdan sonra döyməsini göstərdi - FOTO

21 İyul 2017 19:37

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyəti müzakirə olunub

21 İyul 2017 19:37

Qurban Qurbanov “Şerif”i dəyərləndirdi

21 İyul 2017 19:34

Ədliyyə Nazirliyinin 20 əməkdaşı məsuliyyətə cəlb olunub -

21 İyul 2017 19:34

Həyatınızı dəyişdirən KARMA QANUNLARI

21 İyul 2017 19:33

Çində qum heykəllərdən ibarət park yaradılır - FOTO

21 İyul 2017 19:32

Təmiz zeytun yağını necə tanıyaq? - ÜSULLAR

21 İyul 2017 19:27

Mingəçevirdə sürücü avtomobili manelərə çırpıb və ciddi xəsarət alıb

21 İyul 2017 19:27

AFFA bu komandanı Bakıya 700 min avroya gətirib

21 İyul 2017 19:27

Zamiq ayrıldığı prodüseri ilə yenidən bir arada - FOTO

21 İyul 2017 19:27

İqtisadiyyat naziri Xırdalanda vətəndaşlarla görüşüb

21 İyul 2017 19:22

"Prezidentin jurnalistlərlə görüşü mühüm hadisədir" - Əflatun Amaşov

21 İyul 2017 19:19

Ədliyyə Nazirliyində BÖYÜK "ƏMƏLİYYAT": 20 əməkdaş məsuliyyətə cəlb olundu

21 İyul 2017 19:18

“Dərman fabriklərinə qoyulacaq sərmayənin həcmi 100 milyon dollara bərabərdir”

21 İyul 2017 19:16

“Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır” - Prezident

21 İyul 2017 19:14

""Real"da rəqabətdən deyil, başqa şeylərdən qorxmaq lazımdır"

21 İyul 2017 19:12

7 nəfər Ədliyyə Nazirliyində vəzifəsindən azad edilib

21 İyul 2017 19:09

Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək

21 İyul 2017 19:07