“Qarabağ” futbol klubu Belçikaya yollanıb

“Qarabağ” futbol klubu Belçikaya yollanıb
14:13 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Anderlext”lə qarşılaşacaq Ağdamın “Qarabağ” futbol klubu Belçikaya yollanıb.
AZƏRTAC xəbər verir ki, Ağdam klubu təxminən 5 saatlıq uçuşdan sonra artıq Brüsselə çatıb.
“Anderlext”-“Qarabağ” qarşılaşması dekabrın 10-da Bakı vaxtı ilə gecə saat 00:05-də start götürəcək. Oyun sloveniyalı hakim Slavko Vinçiçə tapşırılıb. Ona həmyerliləri Bojan Ul və Tomas Klançnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_futbol_klubu_Belchikaya_yollanib-909603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR