Rusiyadan Türkiyəyə yeni təhqir - FOTO

Rusiyadan Türkiyəyə yeni təhqir - FOTO
14:17 9 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Su-24 bombardmançısı Türkiyənin Hərbi-Hava Qüvvələrinin F-14 qırıcıları tərəfindən vurulandan sonra Moskva və Ankara arasında sərinləşən münasibətləri sürətlə pisləşdirmək istəyirlər.

Təşəbbüskar Moskvadır.


Milli.Az RSN-ə istinadən bildirir ki, bu günlərdə Rusiyada Türkiyəni, habelə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanı aşağılayan rəsmli futbolkalar satışa çıxıralacaq.
Futbolkalardan birində Ərdoğan qaçır, onu ayı qovur. Bu iyrənc "rəsm" futbolkada "Qaç, türk, qaç!" yazısı ilə müşayiət olunur.
Digər futbolkada isə diz çökdürülmüş Ərdoğanın başında fəs var. Rusiya prezidenti Vladimir Putin avtomatı ona tuşlayıb. Arxa planda isə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland durublar.
Bu futbolkaların müəllifi rusiyalı dizayner Aleksandr Konasovdur. 


"Hazırladığım futbolkalardakı rəsmlər neytraldır. Müştərilərimizin hərbi pilotlarımıza, habelə Rusiyanın mövqeyini bölüşənlərə dəstək verə bilmələrini istəyirik",  - Konasov deyib.
Futbolkalar dekabrın 15-də Rusiyada satışda olacaq.
Antitürk mövzulu futbolkaların hazırlanmasını ekspertlər pərdələnmiş dövlət sifarişi sayırlar.
 

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR