Kriştiano Ronaldo: "Benites işinin öhdəsindən məharətlə gəlir"

"Malmö" ilə görüşdə poker edən Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo oyundan sonra mətbuat nümayəndələrinin qarşısına çıxıb. Ulduz futbolçu baş məşqçi Rafael Benites haqda danışıb:

"Tribunalardan fit səsi eşitmədim. Ancaq bu, olsa belə, problem görmürəm. İnsalar öz emosiyalarını büruzə verməlidir. Mənim fikrimcə, məşqçimiz işinin öhdəsindən məharətlə gəlir. Ona vaxt vermək lazımdı.

"Real" elə klubdur ki, xırda bir uğursuzluq olanda hamı tənqid etməyə başlayır, amma bu da normaldı. Biz artıq buna öyrəşmişik. Vəziyyət yaxşıya doğru gedir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR