Küveyt Xəbərlər Agentliyi AZƏRTAC-ın baş direktoru ilə görüş barədə məlumat yayıb - FOTO

Küveyt Xəbərlər Agentliyi AZƏRTAC-ın baş direktoru ilə görüş barədə məlumat yayıb - FOTO
14:22 9 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Küveyt Xəbərlər Agentliyinin (KUNA) internet səhifəsində Londonda Dünya Xәbәr Agentliklәri Konqresi Şurası (NACO) çərçivəsində KUNA xəbər agentliyinin baş direktoru, FANA-nın prezidenti şeyx Mübarək əd-Dueyc əs-Sabah və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov arasında keçirilmiş görüş barədə məlumat yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məlumatda görüş zamanı 2016-cı ilin noyabrında Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilati məsələlərinin və gündəliyinin müzakirə edildiyi bildirilir. şeyx Mübarək əd-Dueyc əs-Sabah Konqresdə iştirakda maraqlı olduğunu vurğulayıb, bu mötəbər tədbirə ev sahibliyi edəcək AZƏRTAC-ın rəhbərliyinə və kollektivinə uğurlar arzulayıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR