Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

Date: 9 December 2015 14:24

Müdafiə Nazirliyi yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinə xəbərdarlıq edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.

"Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək".

 


Tags:  Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

RƏYLƏR


Top news