"Nurgün" pul tapmır, AFFA 400 mini vermir - "Rəvan"da böhran

"Nurgün" pul tapmır, AFFA 400 mini vermir -   "Rəvan"da böhran
14:37 9 Dekabr 2015
52 İdman
Ölkə mətbuatı
A- A+

Bu yay Premyer Liqaya qaytarılan "Rəvan"da vəziyyət getdikcə pisləşir. Fanat.az-ın əldə etdiyi məlumata görə, klubda ciddi maliyyə problemləri var.

Məlumatda bildirilir ki, maliyyə böhranından əziyyət çəkən "Nurgün" Şirkətlər Qrupu kluba lazım olan məbləği ayıra bilmir. Bundan başqa AFFA da vəd etdiyi məbləği kluba ödəməyib. Belə ki, "Simurq"un çempionatdan imtinasından sonra federasiya "Rəvan"ı Premyer Liqaya dəvət etmişdi. Bunun qarşılığında isə kluba 400 min manat yardım olunacağı barədə vəd verilmişdi. Amma aradan 5 aydan artıq vaхt keçsə də, AFFA kluba bir manat belə ödəniş etməyib.

Bunun nəticəsidi ki, nə futbolçular, nə məşqçilər, nə teхniki heyət işçiləri son iki ayda maaş üzü görüb. Onlara sonuncu dəfə sentyabr ayında əmək haqqı verilib. Borcların nə vaхt ödəniləcəyi isə bilinmir. Hətta "Rəvan" yeni ildə dağıla biləcəyi də deyilir.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnurgunquot-pul-tapmr-affa-400-mini-vermir-t46030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR