"Qızıl top"un sahibi: ""Qarabağ"a qalib gəlmək problem olmamalıdır"

"Qızıl top"un sahibi: ""Qarabağ"a qalib gəlmək problem olmamalıdır"
14:37 9 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

""Anderlext" Qarabağ"ı məğlub etməyə borcludur. Başqa nəticə azarkeşləri qane etməz".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu "Anderlext"in əfsanəvi hücumçusu Pol van Himst deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq Belçika təmsilçisi doğma arenasında uduzarsa, mübarizəni dayandıracaq.
 
16 il "Anderlext"in formasını geyinmiş 72 yaşlı mütəxəssis sevimli komandasının qələbə qazanacağına əmindir: "Komandamız əgər "Tottenhem" və "Monako" kimi güclü klubları məğlub edibsə, o zaman "Qarabağ"a qalib gəlmək də problem olmamalıdır. Hətta Stiven Defurun yoxluğu da qələbəyə maneçilik törətməməlidir. Mənim fikrimcə, "Anderlext" sabah Azərbaycan komandasını məğlub edəcək".
 
Qeyd edək ki, 1959-1975-ci illərdə "Anderlext"in heyətində 500-ə yaxın oyun keçirən və 200-dən çox qolun müəllifi olan Pol van Himst 8-qat Belçika çempionu olmaqla yanaşı, 3 dəfə də çempionatın bombardiri olub. Bundan başqa, van Himst Belçikada ilin futbolçusuna təqdim edilən "Qızıl top" mükafatına 4 dəfə layiq görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR