Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadın güləşçilərimiz Rusiya kubokunda iştirak edəcək

Qadın güləşçilərimiz Rusiya kubokunda iştirak edəcək

Date: 9 December 2015 14:38

Dekabrın 10-11-də Çuvaş Respublikasının paytaxtı Çeboksari şəhərində Çuvaş Respublikasının başçısının mükafatı uğrunda qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışları keçiriləcək.

Turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç ABŞ-dan olan idmançıların iştirakı gözlənilir.

Rusiya Kuboku yarışlarında 8 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Ölkəmizi turnirdə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (58 kq) təmsil edəcək. Turnirin ümumi mükafat fondu 120 min dollardır.

Proqrama əsasən, dekabrın 10-da bütün çəki dərəcələrində ilkin və təsəlliverici görüşlər, dekabrın 11-də isə final görüşləri keçiriləcək. 


Tags:  qadın güləşçilər Rusiya kuboku

RƏYLƏR


Top news