Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Deutche Bank" məsləhətçilərini robotlarla əvəz edib

"Deutche Bank" məsləhətçilərini robotlarla əvəz edib

Date: 9 December 2015 14:43


Bakı, 9 dekabr, AZƏRTAC
Almaniyanın "Deutche Bank"ı ödənişsiz "Anlage Finder" robot məsləhətçi xidmətini istifadəyə verib.
AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, ilkin olaraq robot məsləhətçinin xidmətlərindən yararlanmaq yalnız investisiya online platformasını ziyarət edən müştərilər üçün mümkün olacaq. 2016-cı ilin əvvəlindən isə smartfonlar üçün tətbiqetmə istifadəyə veriləcək. Müştərilər həmin tətbiqetmədən istifadə edərək kapital yatırımının effektivliyini hesablaya biləcəklər. Növbəti ildə isə risklərin idarə edilməsi üçün funksiya yaradılacaq.
Ödənişsiz "Anlage Finder" robot məsləhətçi müştərilərə investisiya və riskə hazırlıqla bağlı suallar verəcək. Əldə edilən məlumatlar əsasında müştərinin investisiya fondu yaradılacaq. "Anlage Finder" müştərilərə investisiya qərarları verməkdə hərtərəfli dəstək göstərəcək. Qeyd edək ki, robot məsləhətçilər maliyyə bazarı haqqında geniş məlumata sahibdirlər.


Tags:  Deutche Bank məsləhətçilərini robotlarla əvəz edib



RƏYLƏR


Top news