Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ulu Öndərin xatirəsi anılacaq

Ulu Öndərin xatirəsi anılacaq

Date: 9 December 2015 14:46

Dekabrın 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində müasir və müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcək.

Axşam.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin qədim musiqi alətləri ansamblı konsert proqramı ilə çıxış edəcək.

Muzeydən bildirilib ki, tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyəti ilə yanaşı, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması istiqamətindəki fədakarlıqlarından bəhs olunacaq.


Tags:  Ulu Öndərin xatirəsi anılacaq

RƏYLƏR


Top news