Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Nardaranda 1000-dən çox evə elektrik enerjisi verilir

​Nardaranda 1000-dən çox evə elektrik enerjisi verilir

Date: 9 December 2015 14:47

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsinə elektrik enerjisinin verilişi bərpa edilib.
"Azərişıq" ASC-nin elektrik enerjisinin təchizatı ilə bağlı Nardaranda yaratdığı qərargahdan "Report"a bildirilib ki, elektrik enerjisinin bərpası ilə bağlı qərargaha 1500 müraciət daxil olub: "Bu müraciətlər əsasında 1000-dən çox evə SMS tipli sayğaclar quraşdırılıb, artıq həmin evlərə elektrik enerjisi verilir".
Məlumata görə, qərargahda abonentlərlə müqavilə bağlanılır, sayğaca yüklənilən vəsait əsasında elektrik enerjisi ilə təmin olunurlar.

Tags:  Nardaranda 1000-dən çox evə elektrik enerjisi verilir

RƏYLƏR


Top news