Belarusda vergiləri saxta müəssisələrlə saziş bağlayanlar ödəməli olacaqlar

Belarusda vergiləri saxta müəssisələrlə saziş bağlayanlar ödəməli olacaqlar
14:48 9 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Belarusda saxta müəssisələrlə saziş bağlayaraq iş görən şirkətlərin ödənilməmiş vergilərə məsuliyyət daşımasını nəzərdə tutan qanun layihəsi hazırlanır.
AZƏRTAC Vergilər.az saytına istinadla xəbər verir ki, layihənin əsas mahiyyəti maliyyə tədqiqatı orqanlarına saxta müəssisələrlə əməkdaşlıq etmiş şirkətləri həmin əməliyyatlar nəticəsində ödənilməmiş vergilərə görə məsuliyyətə cəlb etməyə imkan yaratmaqdır.
Respublikanın Dövlət Nəzarəti Komitəsi hesab edir ki, saxta müəssisələrlə əməkdaşlıq edən real sektor nümayəndələri məsələnin mahiyyətini aydın başa düşürlər. Nəzərdə tutulan dəyişiklik isə saxta müəssisələrlə əməkdaşlığın riskini artırmış olur.
Hazırda komitənin reyestrində 6 min təsərrüfat subyekti saxta müəssisələrlə əməkdaşlıq şübhəsi ilə risk kateqoriyasına daxil edilib və aparılmış tədbirlər nəticəsində həmin müəssisələr üzrə vergidən yayınma hallarının qarşısı alınıb. Bu sahədə ediləcək dəyişikliklərdən sonra isə yalançı sahibkarlıq fəalıyyətı ilə məşğul olmaq üçün əsas qalmayacaq. Hökumət saxta müəssisələrlə əməkdaşlığı əlverişsiz edəcək. Belə ki, indi vergidən 10 rubl yayındıran sabah 15 rubl ödəməli olacaq.
Xatırladaq ki, Belarusda Maliyyə Araşdırmaları Departamenti və Maliyyə Monitorinqi Departamentinin birgə səyləri ilə son 2,5 il ərzində yalançı sahibkarlıqla məşğul olan 925 müəssisə aşkar edilib, onların hesablarında 128 milyard Belarus rublu bloklanıb.
Belə müəssisələrlə əməkdaşlıq edən təsərrüfat subyektlərinə isə 1 trilyon rubl həcmində əlavə ödəmə tələbi irəli sürülüb. Maliyyə polisi tərəfindən saxta müəssisə təsis edərək fəaliyyət göstərən 40-dan çox cinayətkar qrup aşkar edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarusda_vergileri_saxta_muessiselerle_sazis_baglayanlar_odemeli_olacaqlar-909618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR