Elgizin verilişi efirə niyə gecikdi?

Elgizin verilişi efirə niyə gecikdi?
14:52 9 Dekabr 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

ANS telekanalında həftə içi beş gün saat 10:00-da efirə gedən "Günə baxan" verilişi bu gün yayıma 1 saat gec başlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər açıqlama verib. O, texniki problemlərin yarandığını bildirib:

"Bu gün həmişə olduğu vaxtda efirə çıxmadıq. Bir balaca texniki problem olmuşdu. Lazımlı qurumlar dəstək göstərdi və qısa zamanda problem aradan qaldırıldı. Hər şey yerini aldı".

Qeyd edək ki, 1 saat ərzində "Günə baxan" verilişinin əvəzinə efirdə "Möcüzələr adası" filmi nümayiş olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR