“Danışmadığımız əhvalatlar” təqdim olunacaq

“Danışmadığımız əhvalatlar”  təqdim olunacaq
14:56 9 Dekabr 2015
11 Şou
Ölkə mətbuatı
A- A+

YARAT Müasir İncəsənət Mərkəzində Lyublin Rəqs Teatrının təqdimatında “Danışmadığımız əhvalatlar” adlı tamaşa nümayiş etdiriləcək.

Axşam.az xəbər verir ki, səhnə əsəri dekabrın 18-də göstəriləcək.

Tamaşada dörd qəhrəman – bir-birindən tamam fərqli dörd xarakter səhnəyə çıxır, hər biri də müəyyən sözlər, obrazlar, hərəkət və rəqs vasitəsilə öz əhvalatını danışmağa çalışır. Bunların səhnədə bir-biri ilə necə toqquşması, şəxsi dramlarının bir-birinə necə qarışması, az qala, cismani gərginlik yaradır.

Bu səhnə əsəri Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan tamaşaçılarını müasir Polşa rəqsləri ilə tanış etmək məqsədinə xidmət edən layihənin tərkib hissəsi kimi yaranıb.

Qeyd edək ki, layihə Polşanın Azərbaycandakı səfirliyinin, Polşa Mədəniyyət və Milli İrs Nazirliyinin və Lublin Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR