Dünyada ilk dəfə: 16 məhbus ulduz olacaq - VİDEO

Dünyada ilk dəfə: 16 məhbus ulduz olacaq - VİDEO
14:57 9 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Malavidəki həbsxanalardan birində cəza çəkən 16 məhbus dünyada ilk dəfə olaraq Grammy mükafatını ala bilər.

Milli.Az Reuters-ə istinadən bildirir ki, "Zomba" həbsxanasındakı məhbuslardan ibarət "Zomba Prison Project"in "I Have No Everything Here" albomu "World music janrında ən yaxşı albom" nominasiyasında Grammy mükafatına iddialıdır.
Albomdakı bütün mahnıları məhbuslar yazıblar.


"Give me back my child", "I see the whole world dying of AIDS" və "I kill no more" mahnıları sosial şəbəkələrdə daha populyardır. Mahnıların bir qismi çiçeva dilində ifa olunur. 
Məhbusların dediklərinə görə, qalib gəlsələr, alacaqları mükafatı vəkillərə xərcləyəcək və azadlığa çıxmağa çalışacaqlar.
 

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR