Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müqəddəs Pyotr meydanında nümayiş olunan işıq şousunu 100 mindən çox insan izləyib

Date: 9 December 2015 14:58


Vatikan, 9 dekabr, AZƏRTAC
Vatikanda “Mərhəmət Yubileyi” çərçivəsində keçirilmiş ilk tədbir maraqlı görüntülərlə yadda qalıb. Belə ki, mərasimdə iştirak etmək üçün Müqəddəs Pyotr meydanına toplaşmış 100 mindən çox insan axşam saatlarında nümayiş olunan qeyri-adi işıq şousunu böyük maraqla izləyib.
Şou zamanı heyranlıq doğuran görüntülər əsasən heyvanları və təbiəti əks etdirib. Təşkilatçılar bu yolla diqqəti ətraf mühitin qorunmasına yönəltmək istəyiblər. Meydanın ərazisində genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilib.
Qeyd edək ki, tarixdə 27-ci müqəddəs il olan “Mərhəmət Yubileyi” cari il martın 13-də Roma Papası Fransisk tərəfindən elan olunub. Yubiley çərçivəsində tədbir Müqəddəs Pyotr bazilikasında keçirilib. Roma Papası “Müqəddəs Qapı”nı açaraq Müqəddəs Pyotr meydanına toplaşan insanları Allahın mərhəmət işığında addımlamağa çağırıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Vatikan

Tags:  Müqəddəs Pyotr meydanında nümayiş olunan işıq şousunu 100 mindən çox insan izləyib


RƏYLƏR


Top news