İnformatika olimpiadalarına seçim internet üzərindən aparılacaq

İnformatika olimpiadalarına seçim internet üzərindən aparılacaq
15:06 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İnformatika üzrə respublika və başqa səviyyəli olimpiadalara seçim məktəblilərin “http://informatika.edu.az/” internet portalında qazandıqları reytinq əsasında aparılacaq.
 
Portal təhsil müəssisələrinin istedadlı gəncləri üçün proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkilati-metodik təminatı məqsədilə istifadəyə verilib. Onu Təhsil Nazirliyinin dəstəyi ilə “Bakı” nəşriyyatı hazırlayıb.
 
Bu sayt proqramlaşdırma üzrə olimpiadalar üçün məsələlərdən və özəl yoxlayıcı moduldan (sistemdən) ibarətdir. Proqramlaşdırma üzrə qapalı və açıq yarışlarda iştirak etmək imkanı var.
 
Yarışlara qatılmaq, məsələləri yoxlanmaya göndərmək üçün öncə qeydiyyatdan keçmək lazımdır.
 
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40236-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR