Azərbaycan və Koreya hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Koreya hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər
15:08 9 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycanla Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də münasibətlərin uğurla davam etdiyi vurğulanıb.

Söhbət zamanı hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Koreyalı səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2467380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR