Azərbaycanda 22 yaşlı gənc neft içdi

Azərbaycanda 22 yaşlı gənc neft içdi
15:11 9 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir sakini intihar məqsədi ilə neft içib. Hadisə Gəncədə qeydə alınıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Nizami rayonu, C.Rəfibəyli küçəsində baş verib. Şəmkir rayonunun Muxtariyyə kənd sakini, 1993-cü il təvəllüdlü Tamerlan Rövşən oğlu Ələsgərli kimyəvi zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.

22 yaşlı gəncə ilkin tibbi yardım göstərilib və hazırda vəziyyəti ağır olaraq reanimasiya şöbəsində müayinəsini davam etdirir. Aparılan araşdırmalar nəticəsində onun neft içdiyi məlum olub. Məsələ ilə bağlı Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

İdarədən hadisəyə səbəb kimi onu dedilər ki, Tamerlan Ələsgərlinin psixoloji problemləri olub və ehtimal edilir ki, bu səbəbdən də belə bir addıma əl atıb.

Faktla bağlı Gəncə Şəhər baş Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR