Ağcabədi və Şəkidə daha iki kəndə qaz verilib

Ağcabədi və Şəkidə daha iki kəndə qaz verilib
15:12 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən dekabrın 9-da Ağcabədi və Şəki rayonlarının daha 2 kəndinə təbii qaz verilib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iki kəndin 338 abonenti təbii qazla təmin olunub.
Ağcabədi rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 138 abonenti olan Böyük Kəhrizli kəndinə təbii qaz verilişinin bərpa edilməsi zamanı birpilləli sistem əsasında 9 356 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Şəki rayonunun 200 abonentlik Dərəcənnət kəndi də yenidən qazlaşdırılıb. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunu ki, qazlaşdırılma işlərində 17,2 km-dən artıq polietilen və metal borulardan istifadə edilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/agcabedi-ve-seki-rayonlarinin-daha-2-kendine-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR