Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milliləşən legionerlər üçün yubiley

Milliləşən legionerlər üçün yubiley

Date: 9 December 2015 15:12

Avropa Liqasının VI turunun sabah keçiriləcək qarşılaşmaları Azərbaycan klublarının bəzi futbolçuları üçün yubiley xarakteri daşıyacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, saytının məlumatına görə, "Qəbələ"nin "Krasnodar"la ev oyunu Arif Daşdəmirovun avrokuboklarda 30-cu matçı olacaq.

"Qarabağ"ın "Anderlext"lə Belçikadakı görüşü isə Bədavi Hüseynovun 25-ci belə oyunudur. Azərbaycan yığmasının milliləşən legionerləri bu göstəriciyə fərqli yolla çatıblar. Belə ki, Bədavi bütün oyunları eyni klubda keçiribsə, Arif komanda sayında xeyli öndədir.
 
Bütün avrokubok qarşılaşmalarında "Qarabağ"ın formasını geyinən rusiyalı müdafiəçi qitə miqyaslı klub turnirlərində 2 il əvvəl debüt edib. Hüseynov 2013-cü il iyulun 25-də "Pyast"la Polşadakı qarşılaşmada (2:2) meydana çıxıb. Onun indiyə qədərki 24 oyunundan 8-i Çempionlar Liqası, 16-sı Avropa Liqası çərçivəsindədir.
 
24 yaşlı Bədavidən fərqli, Arif avrokuboklarda xeyli əvvəl debüt edib. 2006-cı il iyunun 17-də "MKT-Araz"ın "Tiraspol"la (Moldova) ev oyunu (1:0) Daşdəmirov üçün ilk olub. İmişli təmsilçisində 2, "İnter"də 12, "Olimpik-Şüvəlan"da 2, "Qəbələ"də 13 belə qarşılaşma keçirən müdafiəçinin hesabında cəmi 1 qol var. Bu da "İnter"in formasını geyindiyi vaxta təsadüf edib.
 
Daşdəmirov Çempionlar Liqası və İntertoto Kubokunun hərəsində 2, Avropa Liqasında 25 matçda iştirak edib. Yeganə qolunu da indi də çıxış etdiyi yarışda vurub.

Milli.Az


Tags:  Milliləşən legionerlər yubiley

RƏYLƏR


Top news