Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycanın 2 klubu Çempionlar Liqasında növbəti oyununu keçirəcək

​Azərbaycanın 2 klubu Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Date: 9 December 2015 15:17

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" və "Azərreyl" klubları bu gün Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, komandalardan biri Bakıda, digəri isə Almaniyanın Ştutqart şəhərində meydana çıxacaq.
A qrupunda keçiriləcək görüşdə "Azərreyl" Rusiyanın "Dinamo" (Kazan) komandasını qəbul edəcək. Voleybol Mərkəzində keçiriləcək oyunu belaruslu Aleksandr Pyasetski və sloveniyalı Juray Mokri idarə edəcək. "Lokomotiv" isə Almaniyanın "Ştutqart" klubunun qonağı olacaq. Görüşə komandaları hakim qismində portuqaliyalı Avelino Azevedo və Daniel Rapisarda meydana çıxacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 
"Azərreyl" daha öncə "Ştutqart"a 3:0 hesabı ilə qalib gəlsə də, "Lokomotiv"ə 1:3, "Dinamo"ya isə 0:3 hesabı ilə məğlub olub. "Lokomotiv" isə digər 2 görüşündə "Dinamo"ya 1:3 hesabı ilə uduzsa da, "Ştutqart"ı 3:0 hesabı ilə məğlub edib. "Azərreyl" qrupun son 2 oyununda "Lokomotiv" və "Ştutqart"la qarşılaşacaq. "Lokomotiv" isə digər matçını "Dinamo"ya qarşı keçirəcək.
Qeyd edək ki, hazırda "Lokomotiv" qrupda 6 xalla 2-ci, "Azərreyl" isə 3 xalla 3-cü pillədə qərarlaşıb. Azərbaycanın Çempionlar Liqasındakı daha bir təmsilçisi "Telekom" dekabrın 10-da Bakıda Almaniya "Drezdner"ini qəbul edəcək. 

Tags:  Azərbaycanın klubu Çempionlar Liqasında növbəti oyununu keçirəcək

RƏYLƏR


Top news