Səhiyyə xidmətinin əhatə dairəsi genişləndirilir

Səhiyyə xidmətinin əhatə dairəsi genişləndirilir
15:23 9 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 9 dekabr, AZƏRTAC
Muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması xidmətin səviyyəsini xeyli yüksəldib. İxtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması vətəndaşların sağlamlığının qorunması işində mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili davam etdirilib. Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 24 nəfərdə müayinə, 15 nəfərdə əməliyyat yerinə yetirilib.
Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzindən Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə şöbəsinə HİV, hepatit B, C və sifilis testləri, reaktiv və tibbi materiallar, ARV terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dərman preparatları gətirilib.
Naxçıvan Muxtar Respublikası təhsil müəssisələrində şagirdlərin kütləvi müayinəsi davam etdirilib, ilin əvvəlindən 33 min 698 şagirddə müayinə aparılıb.
Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin iştirakı ilə ötən ay Naxçıvan şəhərində, Ordubad və Şərur rayonlarında inaktivləşmiş poliomielit vaksininin istifadəsinin məqsədi və tətbiqi qaydaları haqqında pediatrların, epidemioloqların, nevropatoloqların və muxtar respublika vaksinatorlarının seminar-treninqi uğurlu nəticələrlə yadda qalıb.
Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə noyabr ayı ərzində muxtar respublika üzrə 21 nəfər Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 21 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 12 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehiyye_xidmetinin_ehate_dairesi_genislendirilir-909639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR